2024-cü ildə Azərbaycanın 7 ali təhsil müəssisəsi 5 müxtəlif beynəlxalq akkreditasiya təşkilatı tərəfindən müvafiq akkreditasiya əldə edib.
TƏHSİL.BİZ xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri Müjdat Həsənov Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib.
O bildirib ki, bu beynəlxalq akkreditasiyalar xarici tələbələrin cəlbi və dünya reytinqlərində irəliləyiş baxımından mühüm əhəmiyyət kəsb edir. Müjdat Həsənov Azərbaycanın ali təhsil sisteminin beynəlmiləlləşməsi istiqamətində həyata keçirilən işlərin, davam etdiriləcəyini bildirib, beynəlxalq reytinqlərdə daha yüksək mövqelərə çatmaq və beynəlxalq əməkdaşlığı genişləndirməyin əsas prioritetlər kimi müəyyən olunduğunu söyləyib.