Azərbaycan təhsil sahəsində xarici və yerli tələbələr üçün müxtəlif təşəbbüslər həyata keçirməkdə davam edir. Dövlətin həyata keçirdiyi proqramlardan biri fərdi təqaüd proqramıdır.
TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Elm və Ali Təhsilin Beynəlmiləlləşməsi Forumunda deyib. O bildirib ki, bu proqram 8 illik müddət ərzində genişlənib, təqaüd alan tələbə sayı başlanğıcda 100 nəfərdən 500 nəfərə çatdırılıb: “Bu proqramın məzunları hazırda Azərbaycanın dövlət sektoru, təhsil və özəl sahələrində aparıcı mütəxəssislər kimi fəaliyyət göstərirlər. Proqramın uzunmüddətli perspektivləri insan kapitalına qoyulan investisiyanın mühüm nəticələr verəcəyini göstərir. Növbəti 30-40 il ərzində bu proqramdan çox tələbənin faydalanacağı gözlənilir”.