“2024-cü ildə xarici ölkələrdə verilmiş fəlsəfə doktoru elmi dərəcəsi üzrə ən çox tanınan sənədlər Türkiyəyə aiddir”.
TƏHSİL.BİZ xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası məlumat yayıb.
Ötən il Türkiyə tərəfindən fəlsəfə doktoru elmi dərəcəsi üzrə verilmiş 19 sənəd tanınıb.
Rusiya 9 sənəd ilə bu göstərici üzrə ikinci yerdə qərarlaşıb. Ukrayna, Avstraliya, Almaniyanın hər biri üzrə 2 sənəd, Amerika Birləşmiş Ştatları, Polşa və Slovakiyanın hər biri üzrə 1 sənəd tanınıb.