“Universitetlərdə, təhsil müəssisələrində öyrədilənlərlə praktiki təcrübə arasında ciddi fərq var”.
TƏHSİL.BİZ xəbər verir ki, bunu “Tikinti sektoru üzrə kadr hazırlığında dövlət-özəl tərəfdaşlığının rolu” mövzusunda panel müzakirələr zamanı “ArchiCo MMC”nin direktoru Cavad Musayev deyib.
O qeyd edib ki, şirkət işə götürdüyü kadrlara öz strategiyalarını öyrədir, investisiya qoyur, amma işçilər bəzən yüksək əməkhaqqı təklifi aldığı üçün xarici şirkətlərə gedir.
“Biz ilboyu memarlıq şöbəsinin əməkdaşlarını, yeni işə götürdüyümüz kadrları xaricdə kurslara, tədbirlərə göndəririk, işçilərə investisiya qoyub, onları kadr kimi püxtələşdiririk. Bunun üçün 4-5 il tələb olunur. Təəssüf ki, bəzən kadrlarımız yüksək maaş təklifi alır və xaricə gedir”.