Yanvarın 15-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Elmi şuranın iclası keçirilib.
İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, iclası giriş sözü ilə açan elmi müəssisənin direktoru professor Nadir Məmmədli gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Həmçinin 2025-ci il üçün Elmi şuranın iş planı, şöbələr üzrə elmi-tədqiqat işlərinin fərdi planları müzakirə edilərək təsdiqlənib. İş planına daxil edilən məsələlərlə bağlı təkliflər dinlənilib.
Müəssisənin elmi katibi filologiya elmləri doktoru Aynel Məşədiyeva isə cari məsələləri diqqətə çatdırıb.
Kompüter dilçiliyi şöbəsi üzrə aparıcı elmi işçi, Terminologiya şöbəsi üzrə böyük elmi işçi, Kompüter dilçiliyi şöbəsi üzrə elmi işçi vəzifəsinə seçkilər keçirilib.