“Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” dərs vəsaitlərinin hazırlanması davam edir.
Bu barədə TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bilirilib ki, 2024-cü ildə üzv ölkələrin mütəxəssislərinin layihələrə dair rəy və təkliflərinə baxılıb.
Qeyd edilib ki, həmin dərs vəsaitləri üzərində işlər yekunlaşdıqdan sonra Azərbaycan dilinə tərcümə ediləcək:
“Türk dünyasının coğrafiyası” və “Ortaq türk ədəbiyyatı” dərs vəsaitləri üzərində işlər tamamlanıb Azərbaycan dilinə tərcümə edildikdən sonra tam orta təhsil pilləsi üzrə tədrisi məsələsinə baxılacaq”.
Xatırladaq ki, 2022-ci ildə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Nur-Sultanda keçirilən 5-ci iclasında “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq protokol imzalanıb.
Tərəflər dərsliklərin proqram və mətnlərini təsdiqləyib, onların öz ölkələrinin orta təhsil müəssisələrində tədrisini təmin etmək ilə bağlı öhdəlik götürüb.