taliyanın D’Annuntsio Kyeti-Peskara Universitetinin nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.
Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, “Erasmus+” proqramı çərçivəsində baş tutan görüşdə universitetlərarası əlaqələrin dinamik inkişafı, əməkdaşlıq imkanlarının möhkəmləndirilməsi, tələbə-müəllim mobilliyi, müştərək elmi-tədqiqat və layihələrin işlənib-hazırlanması, qarşılıqlı təcrübə mübadiləsinin təşkili məsələlərinə xüsusi önəm verilib.