Lənkəran Dövlət Universitetinin (LDU) Elmi Şurasının 2025-ci ildə ilk iclası keçirilib.
Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.
Bildirilib ki, Elmi Şuranın sədri, LDU-nun rektoru Natiq İbrahimov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib. Şurada müzakirə edilən ilk məsələ “2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” olub. Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən Zaur Məmmədov məlumat verib. Məlumatda ayrı-ayrı fakültələr və ümumilikdə universitetdə imtahanların nəticələri əvvəlki illərlə müqayisəli şəkildə təhlil edilib.
Elmi şuranın gündəliyinə çıxarılan ikinci məsələ - “Universitet tələbələrinə pedaqoji və istehsalat təcrübəsinin təşkili haqqında” məlumatı da Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən Zaur Məmmədov təqdim edib.
“LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələri” barədə kollecin direktoru Leyla İbrahimova məlumat verib.
Universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində son aylarda görülən işlər haqqında şura üzvlərini Elm və innovasiya məsələləri üzrə prorektor dos. Elvin Əliyev məlumatlandırıb. Bildirib ki, dünyanın müxtəlif ali təhsil müəssisələri ilə LDU arasında yeni əməkadaşlığın yaradılması, eyni zamanda mövcud əlaqələrin genişləndirilməsi, həmin ali təhsil müəsissisələrində fəaliyyət göstərən alimlərin Lənkəran Dövlət Universitetinin elmi jurnallarının redaksiya heyətlərinə cəlb edilməsi, birgə elmi-tətqiqat işlərinin aparılması və beynəlxalq elmi konfransların, müəyyənləşdirilmiş ixtisaslar üzrə ikili diplom layihələrinin həyata keçirilməsi məqsədilə Avropanın, Türkiyənin və keçmiş MDB ölkələrinin bir çox nüfuzlu ali təhsil müəssisələrinə işgüzar səfərlər həyata keçirilib.
Universitet əməkdaşlarının əmək və icra intizamına riayət etməsi vəziyyəti ilə bağlı Baş elmi katib-aparat rəhbəri Allahşükür Quliyevin məlumatı dinlənilib.
Elmi şurada cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə qərar qəbul edilib.