Logo

Alim və tədqiqatçılar üçün müsabiqə elan olunur

17.02.2025 12:05 116 baxış
IMG

“Əsas Qrant Müsabiqəsi - 2025” aparıcı alimlər tərəfindən həyata keçirilən elmi-tədqiqat layihələri proqramı çərçivəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqatlar üçün ayrılan qrant müsabiqəsidir. Həm perspektivli gənc alimlər, həm də öz elmi sahəsində lider olan tədqiqatçılar qrant üçün müraciət edə bilərlər.

TƏHSİL.BİZ  xəbər verir ki, müsabiqədə iştirak etmək üçün layihələr 17 fevral-10 aprel 2025-ci il tarixləri arasında qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2025-ci ilin sonunda açıqlanması planlaşdırılır.

Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində (www.aef.gov.az/) dərc olunacaq.


 

Xəbər lenti