Logo

Agentlik: Regional təhsil idarələrinə “Son zəng”lə bağlı hər hansı təlimat göndərilməyib

11.04.2025 11:44 131 baxış
IMG

Ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə TƏHSİL.BİZ -ə Məktəbəqədər və Ümumitəhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

"Agentlik tərəfindən yerli təhsilin idarəetmə bölmələrinə, yəni regional təhsil idarələrinə "Son zəng"lə bağlı hər hansı təlimat göndərilməyib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinə “Son zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat göndərildiyi haqda xəbərlər yayılıb. Xəbərlərə əsasən, təlimatda qeyd olunub ki, bu il keçiriləcək "Son zəng" tədbirində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli formasında olmalı, səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməli, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər.

Xəbər lenti