Aprelin 21-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov Dağlıq Şirvan Regional Təhsil İdarəsinə yeni müdir vəzifəsinə təyin olunmuş Ramin Abasovu kollektivə təqdim edib.
TƏHSİL.BİZ xəbər verir ki, təqdimat mərasimində çıxış edən Eşqi Bağırov Ramin Abasova yeni fəaliyyətində uğurlar arzulayıb, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin qarşısında duran prioritet vəzifələr və strateji hədəflər barədə məlumat verib.
Bununla yanaşı, təhsil sahəsində idarəetmə və keyfiyyətin artırılması istiqamətində kollektivin birgə fəaliyyətinin vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Ramin Abasov ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan hədəflərə çatmaq üçün üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini söyləyib.
Səfər çərçivəsində Eşqi Bağırov həmçinin Şamaxı şəhər 2 nömrəli tam orta məktəbdə olub, "Peşə təmayüllü siniflər"in və STEAM dərslərinin tədrisinin təşkili ilə yaxından tanış olub.