Ağstafa rayonunun Qaçaq Kərəm kənd tam orta məktəbində elektriklə bağlı problemə aydınlıq gətirilib.
Qazax-Tovuz Regional Təhsil İdarəsindən TƏHSİL.BİZ -in sorğusuna cavab olaraq bildirilib ki, bir neçə gün bundan əvvəl ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti və intensiv yağıntılar nəticəsində elektrik xətlərində nasazlıq yaranıb və təhsil müəssisəsinin transformator qurğusu sıradan çıxıb.
Nasazlığın aradan qaldırılması üçün aidiyyəti üzrə müraciət edilib. Məsələnin həll edilməsi üçün müvafiq tədbirlər görülür.
Qeyd edirik ki, adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.