Logo

Akademik Zemfira Səfərova haqqında kitab nəşr olunub

25.04.2025 16:12 47 baxış
IMG

AMEA Memarlıq və İncəsənət İnstitutunun Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar mədəniyyət işçisi Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova. Zemfira Səfərovanın musiqişünaslıq fəaliyyəti və müasir Azərbaycan musiqi elminin inkişaf mərhələləri” adlı kitabı işıq üzü görüb.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Dörd fəsli əhatə edən kitabda Əməkdar elm xadimi, akademik Zemfira Səfərovanın musiqişünaslıq elminə verdiyi töhfələrdən bəhs edilir. Alimin geniş yaradıcılıq fəaliyyətini təhlil edərkən müəllif müasir milli musiqişünaslığın aktual problemlərinə, Azərbaycanın görkəmli bəstəkar və musiqiçilərinin yaradıcı portretlərinə həsr edilən tədqiqat əsərlərində akademik Zemfira Səfərovanın milli musiqi sənətinin əsas istiqamətləri haqqında aydın təsəvvür yaratmağa nail olduğunu bildirir.

Qeyd edək ki, Zemfira Səfərova musiqişünaslığın inkişafında aktual problemlərin tədqiqatçısı, Üzeyirşünaslıq, mənbəşünaslıq, musiqi tarixi və nəzəriyyəsi istiqamətində uğurlu tədqiqatların müəllifidir.

 

Xəbər lenti