Logo

Məktəblilərimiz Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

13.05.2025 12:21 38 baxış
IMG

5-13 may tarixlərində Braziliyanın Belu-Orizonti şəhərində 59-cu Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında (IMChO 2025) milli komandamız uğurla çıxış edərək 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanıb.

Təhsil İnstitutundan TƏHSİL.BİZ -ə verilən məlumata görə, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medal, liseyin XI sinif şagirdləri Nəzrin Həsənova və Ümid Mustafazadə isə bürünc medal qazanıblar.

Qeyd edək ki, 1998-ci ildən etibarən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 4 qızıl, 13 gümüş və 41 bürünc medal qazanıblar.

 


 

Xəbər lenti