Logo

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” bəlli oldu

13.05.2025 14:21 51 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarının bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün təşkil olunan “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün mayın 9-da keçirilən final mərhələsinin nəticələri bəlli olub.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, final mərhələsinin nəticələrinə əsasən, 10 nəfər müsabiqənin qalibi olub.

“bp Azərbaycan”ın sponsorluğu ilə keçirilən müsabiqənin əsas məqsədi istedadlı tələbələri aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır. Müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur.

Qaliblərin adları ilə linkdə tanış olmaq mümkündür.

Xəbər lenti