Logo

BDU-da “Gənclik həftəsi-3” keçirilir

13.05.2025 16:16 43 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatı (TGT) “Gənclik həftəsi-3” layihəsinə start verib.

Bu barədə TƏHSİL.BİZ -ə BDU-dan bildirilib.

Layihənin məqsədi tələbələrin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanmasıdır.

Açılış mərasimində çıxış edən BDU-nun TGT sədri Harun Mehdiyev və təşkilatın nümayəndələri gənclərin vətənpərvər, sağlam və intellektual ruhda inkişafı üçün bu cür layihələrin davamlı olacağını qeyd ediblər.

“Gənclik həftəsi-3” çərçivəsində BDU tələbələrini dərsdən sonrakı vaxtlarını səmərəli keçirmək, əylənmək və öyrənmək məqsədilə müxtəlif fəaliyyətlər (oyunlar, yarışlar, təlimlər) gözləyir. Layihədə fəallığı ilə fərqlənən gənclər hədiyyə və sertifikatlarla təltif olunacaqlar.

Xəbər lenti