Logo

“Bələdçi”nin növbəti qonağı dosent İsrayıl İsgəndərovdur

02.05.2021 13:31 477 baxış
IMG

"Bələdçi"nin növbəti qonağı ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru İsrayıl İsgəndərovdur.  İsrayıl İsgəndərov ilə "Orta ixtisas təhsili müəssisələrində səmərəli idarəetmə" mövzusu ətrafında fikir mübadiləsi aparılacaq. 

 

"Bələdçi"nin qeyd edilən buraxılışını 3 may saat 20.00-da T-network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının "Facebook" səhifəsindən izləyə bilərsiniz.

 

Xatırladaq ki, "Bələdçi" T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İdarəçiləri Assosiasiyasının təşkilatçılığı ilə hər həftənin bazar ertəsi "T-Network"un tədqiqat və inkişaf üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında yayımlanır. Məqsəd təhsil sahəsindəki aktual  problemlərin həllinə bələdçilik etmək, təhsildə keyfiyyəti yüksəltmək yolları barədə fikir mübadiləsi aparmaqdır.

Xəbər lenti