Logo

Bakı Ali Neft Məktəbində data analitikası ixtisası açılır

30.06.2025 11:35 93 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) data analitikası ixtisası açılır.

BANM-dan TƏHSİL.BİZ -ə bildirilib ki, yeni ixtisasın açılmasında məqsəd böyük həcmli məlumatların toplanması, təhlili, vizuallaşdırılması və əsaslandırılmış qərarların verilməsi bacarıqlarını formalaşdırmaqdır. Tələbələr riyazi modelləşdirmə, statistika, proqramlaşdırma (Python, R, SQL), məlumat vizuallaşdırması və analitik düşüncə kimi əsas bacarıqlara yiyələnəcəklər.

Data analitikası iqtisadiyyat, maliyyə, səhiyyə, informasiya texnologiyaları, logistika, təhsil və dövlət sektorunda tətbiq edilir.

Bu ixtisası bitirənlər data analitiki, “Data Scientist”, biznes analitiki, məlumat mühəndisi, vizuallaşdırma üzrə mütəxəssis kimi fəaliyyət göstərə bilərlər.

Yeni ixtisas üzrə “Data Science”, süni intellekt, statistik modelləşdirmə, proqram mühəndisliyi və maliyyə üzrə magistr və doktorantura proqramları kimi təhsil imkanları mövcuddur.

Xəbər lenti