2025/2026-cı tədris ilində Bakı Dövlət Universitetinə (BDU) bakalavriat səviyyəsi üzrə qəbul olunan və müxtəlif ixtisaslar üzrə 550-dən çox bal toplayan abituriyentlər arasından ən yüksək nəticə göstərmiş tələbələrə tədris ilinin sonunadək hər ay 200 manat məbləğində “Birincilik” adlı məqsədli təqaüd veriləcək.
Universitetdən TƏHSİL.BİZ -ə xəbər verilib ki, bu barədə BDU Elmi Şurası qərar qəbul edib.
Bildirilib ki, hazırda BDU-da bakalavriat səviyyəsində 75 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir.