Lənkəran Dövlət Universitetinin (LDU) böyük akt zalında Aqrar və mühəndislik fakültəsinin "Torpaqşünaslıq və aqrokimya", "Aqronomluq", "Bağçılıq və tərəvəzçilik" ixtisasları üzrə təhsil alan tələbələr arasında 5 dekabr – Ümumdünya Torpaq Gününə həsr olunmuş “Sağlam Torpaq – Sağlam Gələcək” adlı intellektual yarış keçirilib.
TƏHSİL.BİZ xəbər verir ki, intellektual yarışmaya qatılan komandalar mövzu ilə bağlı sualları cavablandırıblar. Sualları daha operativ və dəqiq cavablandıran 3 komanda mükafatlandırılıb. 1-ci yeri tutan komandaya diplom və kubok, 2-ci və 3-cü yeri tutan komandalara diplomlar təqdim edilib.