İki gün öncə Suraxanı rayonu 282 nömrəli tam orta məktəbdə bütün ölkənin diqqətini çəkən hadisə baş verdi.
Valideynlər etiraz edirdilər ki, 7ç sinfində oxuyan şagirdlərdən biri dərs zamanı şalvarını çıxardır, azyaşlıları bıçaqla qorxudur, müəllimlərə tabe olmur, davamlı olaraq nizam-intizamı pozur. Məktəbdə olduğumuz zaman valideynlər APA TV-yə şikayətləndilər ki, problem təkcə 7ç sinfi ilə bağlı deyil. Burada təhsil alan uşaqlardan 120-yə yaxını 2 saylı internat evində böyüyən şagirdlərdir. Onların əksəri digər şagirdlərlə yola getmir, qarşılarını kəsib pullarını alır, azyaşlıları qorxu altında saxlayırlar. İnternat məktəbinin direktoru APA TV-yə müsahibəsində bu deyilənləri təkzib etsə də, bir çox suallar açıq qaldı. Məsələn, internat evində böyüyən 120 uşağın eyni məktəbə göndərilməsi nə dərəcədə doğrudur? Bu say adaptasiya prosesinə mane olmurmu? Həmin şagirdlər 5-10 nəfərlik qruplar halında məktəblər arasında bölünsələr, daha uyğun olmazmı?
Təhsil Nazirliyindən sorğumuza cavab olaraq göndərilən başdansovdu açıqlamada bildirilir ki, nazirliyin tabeliyində 13 internat məktəbi fəaliyyət göstərir. Şagirdlər internat məktəbində təhsil alır, dərnəklərə cəlb olunur, orda qidalanır və yaşayırlar.
Uşaq Evləri Sosial Xidmət Müəssisələri isə Rayon Şəhər İcra Hakimiyyətlərinin tabeliyində fəaliyyət göstərir. Uşaq Evinin sakinləri Uşaq Evində qidalanır, yaşayır, Uşaq Evinə yaxın ərazidə yerləşən ümumi təhsil məktəblərində təhsil alırlar.
Nazirlikdən fərqli olaraq təhsil eksperti Kamran Əsədov bu məsələdə daha həssas davranılmalı olduğumuzu düşünür. Onun sözlərinə görə, Bakıda ümumi və xüsusi tipli internat müəssisələrində təhsil alan uşaqları müəyyən yaş mərhələsindən sonra şəhərdəki məktəblərə hansısa yoxlamadan keçirmədən oxumağa göndərirlər.
Halbuki Nazirlər Kabinetinin mövcud qərarına əsasən, internat təhsil müəssisəsində yaşayan uşaqlar tibbi pedoqoji ekspertiza tərəfindən yoxlanılmalı, onların iş dəftəri nəzərdən keçirilməlidir. Kamran Əsədov deyir ki, yalnız bundan sonra həmin uşaq fiziki və psixoloji cəhətdən hansı məktəbə uyğundursa, həmin məktəbə təhsilə yönləndirilməlidir: “Bakıdakı məktəblərin hər birinin özünün fəaliyyət istiqaməti var. Bunlar çətin tərbiyə olunan uşaqlarla işləyən məktəblərdir və yaxud da inkuliziv təhsil verə bilən məktəbdir. Çox təəsüfflər olsun ki bu günləri internat tipli təhsil müəssisələrinə qəbulda bu tipli rəy yoxlanılmır. Mütləq şəkildə müəssisədən təhsil ocaqlarına gedən şagirdlər yoxlanılmalıdır ki, onlar hansı məktəblərə gedə bilərlər. Çünki valideynini tiirmiş və valideyn himayəsindən məhrum olan uşaqlar digər həmyaşıdlarından fərqli olaraq psixoloji gərgin uşaqlardırlar. Belə uşaqlar ətrafa bu və ya digər formada mənfi təsir göstərə bilir”.
“Hazırda Bakı şəhərində 11 internat tipli təhsil müəssisəsi fəaliyyət göstərir və bu müəssisələrə qəbul müxtəlif kateqoriyalar əsasında həyata keçirilir” - deyən Kamran Əsədovun sözlərinə görə, buraya aztəminatlı, çoxuşaqlı, sosail durumu ağır olan ailələrin övladları ilə yanaşı, hər iki valideynini itirmiş, valideyn hümayəsindən məhrum olan, eyni zamanda, fiziki məhdudiyyətli uşaqlar qəbul edilə bilər: “Pedoqoji normalara görə, xüsusiən kontinigentinin xüsusən 40 faizə qədəri gənclər olan təhsil müəssisələrinə internatlardan uşaqlar göndərilmir. Bu birmənalı şəkildə ona görə həyata keçirilir ki, həmin müəllimlərin yaşı azdır onların bilik və bacarıqları çətin tərbiyə olunan uşaqlarla işləməyə uyğun deyil. Çünki bunlar nəzərə alınmanda yekunda ciddi konflikt meydana çıxır. Digər tərəfdən tövsiyyə olunur ki, internar tipli təhsil müəssisələrinin uşaqları ümumtəhsil müəssisələrinə cəlb ediləndə orda daimi yaşayan şəxslər olssunlar. Bu tipli şagirdlər o yerlərə göndərilməlidir ki, orda uzun müddən məhz internatdan gələn uşaqlarla uzun müddət işləyən müəllim heyəti var. Bu norma gözlənilmir”
Ekspert hesab edir ki, internat tipli qapalı müəssisədə yaşayan uşaqlar bir ailənin övladları kimi böyüdüyündən, onların kompakt şəkildə bir təhsil ocağına göndərilməsi doğru deyil. Çünki həmin təhsil ocağında dərhal quruplaşma yaradırlar: “Təəssüf ki, müəyyən məktəblərdə gənc idarəçilər internatdan gələn uşaqlara qarşı psixoloji yanaşmada da yanlışlığa yol verirlər. İşlətdiyi ifadələrdə, onların qiymıtləndilməsində, ictimai işlərə cəlb olunmasında həmin uşaqlara ikili yanaşma tətbiq edilir. Heç bir halda Azərbaycan qanunvericiliyində, xüsusilə təhsil haqqında qanun şagirdlər arasında sosial , irqi , bu vəya digər həttda fiziki məhdudiyyətlərə qarşı fərq qoymamağı tələb edir. Çünki onda uşaq düşünür ki, deməli mən valideyn himayəsindən, dövlətin himayəsindən, təhsilin himayəsindən də kənaram və diqqəti özümə cəlb edib, onları özümdən asılı hala salmalıyam. Bu isə tədrisin normal gedişinə mane olur” .
Psixoloq Gülər Məmmədova hesab edir ki, valideyn himayəsindən bu və digər səbəbdən kənarda qalan uşaqlar yaş kateqoriyasına uyğun olaraq tərbiyə olunmalıdır.
Mütəxəssisin fikrincə, uşağın müəyyən həssas dönəmlərində ona ötürülən tərbiyə və qayğı yaşı artdıqca psixoloji durumuna da təsir edir: “Xüsusilə 3-6 yaş dönəmində onların daha çox valideyn istiliyinə ehtiyacları olduğu bir dönəmdə əgər bu ehtiyac ödənilmirsə daxili aqressiya formalaşmağa başlayır. Boşlular travmalar yaradır və bu mərhələ o uşaqların ünvanına aşağılayıcı ifadələr söylənilirsə məsələn, “sən uğursuzsan, kimsəsizsən” kimi ifadələr onlara müəyyən stiqma qoyur. Belə olduğu tədqirdə onlar diqqət mərkəzində qalmaq üçün müxtəlif davranışlara üz tuturlar ki, diqqət mərkəzində olsunlar ki, biz avtoritetik və siz bizi əzə bilməzsiniz. Onlar da daxili mənliklərini belə ortaya çıxarmaq istəyirlər”.
Gülər Məmmədova qeyd edib ki, valideyn himayəsindən kənar böyüyən uşaqların tərbiyəsində, onlara göstərilən qayğıda boşluqlara yol vermək olmaz: “Yeniyetməliyin böhran dönəminə qədəm qoyan uşaqlar təlim fəaliyyəti ilə məşğul olur və düşür quruplaşmaya o zaman hormonol dəyişikliklərdə baş verir, həm oğlan həm də qızlar o yaş mərhələsində həm də çaşqınlıq içərisində qalırlar. Tam və natamam ailələrdə böyüyən uşaqlar fərqlidir. Çünki birinci qrupa daxil olan uşaqların bütün istək və arzuları valideyn tərəfindən ödənilir, amma digər qrupa daxil olan uşaqlarda bu tam əksinə. Ona görə də həssas qrupa daxil olan uşaqlarda qısqanclıq, qəbullanmama duyğusu yaranır. Və həmin uşaqlara oxuduqları məktəbdə seçici münasibət varsa , onlara builinq edirlərsə onda həmin uşaqlar diqqəti özlərinə cəlb etmək üçün istənilən davranışı sərgiləyirlər və bununla da diqqət mərkəzinə çevrilirlər”.
Gördüyünüz kimi həm 282 saylı orta məktəbdə baş verənlər, həm də ekspertlərin fikirləri bunu deməyə əsas verir ki, internat tipli müəssisələrdə böyüyən azyaşlıların təhsil məsələsində ciddi problemlər var. Ancaq bu problem təəssüf ki, çox vaxt diqqətdən qaçır. Niyəsi isə məlum deyil. Bu azyaşlılar məgər bizim övladlarımız deyilmi? Onların gələcəyi bizi narahat etməməlidirmi? Biz vətəndaş yetişdirməliyik, yoxsa...
İnanırıq ki, aidiyyəti qurumlar da bu suallar ətrafında düşünəcəklər. (Apa)