Logo

Beynəlxalq Türk Akademiyası əməkdaşlıq əlaqələrini genişləndirir

18.03.2024 11:33 160 baxış
IMG

Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Türk Dil Qurumunun rəhbəri professor Osman Mert və Türkiyə Elmlər Akademiyasının prezidenti professor Müzəffər Şəkərlə görüşüb.

Bu barədə "Tehsil.biz"ə Beynəlxalq Türk Akademiyasından məlumat verilib.

Bildirilib ki, görüş zamanı tərəflər Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universiteti ilə birgə bu il Türküstan şəhərində təşkil olunacaq yay məktəbi proqramı üzrə əməkdaşlığa dair protokol imzalayıblar.

Beynəlxalq Türk Akademiyası tərəfindən hər il təşkil olunan yay məktəbinin məqsədi Türk Dövlətləri Təşkilatına üzv ölkələrin və digər qardaş xalqların gənc alimlərinə dəstək olmaqdır.

Xəbər lenti