Logo

Rusiyada dövlət bayrağının asılması bütün təhsil müəssilərində məcburi oldu

24.03.2024 12:36 159 baxış
IMG

Rusiya Prezidenti Vladimir Putin yeni tədris ilindən etibarən bütün təhsil müəssisələrinin binalarında və onların ərazilərində Rusiya Federasiyasının Dövlət bayrağının asılmasını məcburi edən qanunu imzalayıb.

Tehsil.biz xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, qanun Rusiyanın rəsmi hüquqi informasiya portalında dərc olunub.

Əvvəllər Rusiya Federasiyasında yalnız ümumi təhsil müəssisələri (məktəblər, gimnaziyalar və liseylər) öz ərazilərində Dövlət bayrağını asmaq məcburiyyətində idilər.

Qəbul edilmiş qanun bu tələbi mülkiyyət formasından asılı olmayaraq bütün təhsil təşkilatlarına şamil edir.

Xəbər lenti