Logo

Dendrologiya İnstitutunun nümayəndələri beynəlxalq tədbirdə iştirak edirlər - FOTO

27.03.2024 11:19 117 baxış
IMG

Martın 27-də Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyi Əl-Farabi adına Qazax Milli Universitetində “Biologiya elmlərinin davamlı inkişafında müasir trendlər” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Konfransda Azərbaycanı Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutunun direktoru vəzifəsini icra edən dosent Minarə Həsənova, laboratoriya müdiri professor Ramazan Məmmədov, baş aqronom Kamran Zeynalov, şöbə müdiri Tünzalə Zeyvəliyeva təmsil edirlər.

Dendrologiya İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, beynəlxalq tədbir biologiyanın perspektivli sahələrinin inkişafının aktual tendensiyalarını, biomüxtəlifliyin, fiziologiyanın, biofizikanın, biotibbin, nevrologiyanın, biotexnologiyanın ən mühüm problemlərinin həlli, mikrobiologiya, biomühəndislik, genetika və molekulyar biologiya, habelə vahid beynəlxalq elm və təhsil məkanının qorunmasını və inkişafını müzakirə etmək məqsədi daşıyır.

Qeyd edək ki, Dendrologiya İnstitutu Qazax Milli Universitetinin 90 illik yubileyinə həsr olunan konfransın həmtəşkilatçısıdır. Beynəlxalq konfrans işini martın 28-də də davam etdirəcək.

Xəbər lenti