Logo

Turizm və Menecment Universitetində xaricdə təhsil alacaq tələbələrlə görüş olub

03.02.2025 15:44 62 baxış
IMG

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) rektoru İlham Mədətov mübadilə proqramı çərçivəsində bir semestr xaricdə (Avstriya, İspaniya və İtaliyada) təhsil alacaq tələbələrlə görüşüb.

Bu barədə TƏHSİL.BİZ -ə ATMU-dan məlumat verilib. Bildirilib ki, görüşdə rektor bu təcrübənin tələbələrin peşəkar kadr kimi yetişmələrinə töhfə verəcəyini deyib. O, ATMU-da tələbələrin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait yaradıldığını qeyd edib. Rektor tələbələrə ölkəmizi və ATMU-nu layiqincə təmsil etməyi tövsiyə edib.

Görüşdə ATMU-nun strateji inkişaf üzrə prorektoru Araz Aslanlı və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa vurğulayıblar ki, xaricdə təhsil alan gənclərimiz ölkəmiz üçün faydalı olmalı, onlara yaradılan şəraiti lazımınca dəyərləndirməlidirlər. Tələbələrə dərslərdə nizam-intizamlı, məsuliyyətli olmaq, bilik və bacarıqlarını artırmaq, ölkəmizi və universiteti layiqincə təmsil edərək onlara göstərilən etimadı doğrultmaq tövsiyə edilib.

Qeyd edək ki, ATMU-nun Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri Leyla Heydərova və İbrahim Rüstəmli Avstriyanın IMC Krems Tətbiqi Elmlər Universitetində, Biznes idarəçilik fakültəsinin tələbəsi Sevda Hüseynli İspaniyanın Valladolid Universitetində, Sosial menecment fakültəsinin tələbəsi Nəcməddin Şıxəliyev İtaliyanın D'Annuntsio Kyeti-Peskara Universitetində mübadilə proqramında iştirak edəcəklər.

Xəbər lenti