Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Dizayn fakültəsinin yuxarı kurs tələbələrinin işğaldan azad edilmiş ərazilərdə kiçik həcmli memarlıq layihələri üzrə kurs işlərinin təqdimatı keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə verilən məlumata görə, təqdimat zamanı tələbələr Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında avtobus dayanacaqları və xalça sexləri ilə bağlı layihə təkliflərini nümayiş etdiriblər.
Tədbirdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Növrəs Cəfərov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı, universitetin müəllimi Yalçın Məmmədov, həmçinin ali təhsil ocağının müəllim və tələbə heyəti iştirak ediblər.
Tələbələrdən Asya Aslanova, Aytac Atakişiyeva, Öznur Qalayeva, Leyla Mürsəlova, Sevil Kərimli, Günel Əlisoy, Şəmira Əlizadə, Əliniyaz Hacıyevin layihələri maraqla qarşılanıb. Həmin tələbələr işlərində daha yaradıcı yanaşma sərgilədikləri üçün təşəkkürnamə və müxtəlif hədiyyələrlə təltif olunublar.