Bakı Dövlət Universiteti (BDU) Filologiya fakültəsi üzrə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş esse müsabiqəsinin nəticələri açıqlanıb.
BDU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, müsabiqənin nəticələrinə əsasən, Filologiya fakültəsinin ll kurs tələbəsi Nəzrin Əliyeva I, ll kurs tələbəsi Hümbət Bədəlov II, Mexanika-riyaziyyat fakültəsinin ll kurs tələbəsi Həmidə Nəbizadə III yeri tutublar.
Sonda qaliblər THİK tərəfindən sertifikat və pul mükafatı ilə təltif olunublar.