Logo

Gənclər çöl tədqiqatında iştirak ediblər

12.05.2025 16:19 50 baxış
IMG

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Gənc alim və mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənclər elmi-praktik çöl tədqiqatında iştirak ediblər.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, səfərin məqsədi Qobustan Milli Tarix-Bədii Qoruğu və Palçıq Vulkanları Turizm Kompleksinin ərazilərində elmi-praktik çöl tədqiqatının aparılmasıdır.

Tədbirdə iştirak edən institutun elmi katibi dosent Səidə Zeynalova ərazinin geomorfoloji xüsusiyyətləri və landşaftı, aparıcı elmi işçi coğrafiya dosent Elina Kərimova palçıq vulkanlarının yayılma arealları, onların region üçün turizm əhəmiyyəti haqqında iştirakçılara məlumat verib.

Xəbər lenti