Logo

“Səyahət bağları” kitabının II hissəsinin III cildi çapdan çıxıb

14.07.2025 16:27 50 baxış
IMG

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun yeni nəşri - XIX əsrin məşhur səyyahı və coğrafiyaşünası Hacı Zeynalabdin Şirvaninin “Səyahət bağları” kitabının 2-ci hissəsinin 3-cü cildi çapdan çıxıb.

TƏHSİL.BİZ  xəbər verir ki, kitabın ideya müəllifi və elmi redaktoru coğrafiya elmləri doktoru professor Zakir Eminov, redaktoru Şahin Yəhyayev, tərcüməçiləri Şahin Yəhyayev və Ələddin Məlikovdur.

H.Z.Şirvaninin uzun illər davam edən səyahəti zamanı apardığı yol qeydləri əsasında yazdığı “Səyahət bağları” əsərinin ikinci hissəsinə aid olan üçüncü kitabda Yəmən, Afrikanın Aralıq dənizi sahilləri, Hindistan və Pakistana aid məlumatlar öz əksini tapıb. Kitabda həmin ərazilərin tarixi, coğrafiyası, əhalisi, adət-ənənələri, tarixi-mədəni abidələri, tarixi şəxsiyyətləri və onlarla apardığı söhbətlər haqqında zəngin məlumatlar verilir. Burada səyyahın şəxsən gəzib görmədiyi ərazilər haqqında fikirləri də toplanıb.

Kitabda müəllifin özünün müşahidə etdiyi XIX əsrin əvvəlinə aid olan məlumatlar coğrafiyaşünaslar, tarixçilər, həmin dövrdə baş verən hadisə və proseslərlə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı ola bilər.

Xəbər lenti