Logo

Pedaqoji Universitet ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək

18.07.2025 08:47 37 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) iyulun 30-dan avqustun 1-dək Dövlət İmtahan Mərkəzinin (DİM) təşkilatçılığı ilə keçiriləcək ali təhsil müəssisələrinin sərgisində iştirak edəcək.

ADPU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, ölkədə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsinin təmsil olunacağı sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali məktəblərin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Ziyarətçilər sərgidə Pedaqoji Universitetin stendində birbaşa universitet əməkdaşlarından qəbul prosesi, ixtisaslar, onların plan yerləri və keçid balları, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı və digər məsələlərlə bağlı yerində məlumat almaq, suallarını ünvanlamaq imkanı əldə edəcəklər.

Sərgidə abituriyentlər və valideynlər iştirak edə bilərlər. İştirak etmək istəyənlər link vasitəsilə qeydiyyatdan keçməlidirlər.

Ziyarətçilərə sərgidə iştirak etmək üçün özlərinə uyğun tarixi və saatı seçmək imkanı verilir.

Sərgi Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda keçiriləcək.

Xəbər lenti