Logo

Ali məktəblərə qəbul olmaq üçün 14 mindən çox subbakalavr ərizəsini təsdiqlədib

28.07.2021 13:36 302 baxış
IMG

Ali təhsil müəssisələrinə subbakalavrların ərizələrinin qəbulu avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə iyulun 23-dək ərizələrini təsdiq ediblər.

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, subbakalavrlar DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 11:30-a olan məlumata görə, 14 min 292 subbakalavr elektron ərizəsini təsdiqlədib.

Xəbər lenti