Logo

FHN Akademiyasında beynəlxalq seminar keçirilib - FOTO

23.04.2024 16:08 369 baxış
IMG

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl enerji zonasının qorunmasında mövcud problemlər” mövzusunda beynəlxalq seminar keçirilib.

FHN-dən "Tehsil.biz"ə verilən məlumata görə, videokonfrans formatında keçirilmiş seminarda Azərbaycan, Özbəkistan və Qazaxıstan respublikalarının müvafiq ali təhsil müəssisələrinin tələbələri və kursantları iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd yaşıl enerji zonalarının qorunması ilə bağlı müvafiq qurumlar arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və birgə fəaliyyətin təkmilləşdirilməsinə dair müzakirələrin aparılması olub.

Tədbirdə iqlim dəyişikliyinin bəşəriyyətin üzləşdiyi ən böyük təhlükələrdən biri olduğu diqqətə çatdırılıb, bu təhlükəyə qarşı təcili və konkret addımların atılmasının vacibliyi vurğulanıb.

Diqqətə çatdırılıb ki, ölkə başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib və bu mütərəqqi sənədə uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində intensiv işlər aparılır. Seminarda iqlim dəyişikliyi kimi qlobal fəlakətə qarşı birgə mübarizənin vacibliyi vurğulanıb, yaşıl dünya naminə qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb.

Tədbirdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi qlobal tədbirin Azərbaycanda keçirilməsinin böyük əhəmiyyətindən danışılıb.

Seminarda tədbir iştirakçılarının məruzələri dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

FHN Akademiyasında beynəlxalq seminar keçirilib

Xəbər lenti