Logo

İlham Əliyev: “Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir”

23.04.2024 16:57 134 baxış
IMG

“Gənc nəslin təhsilinə gəldikdə, biz bu sahədə çalışırıq. Bu, bizim əsas prioritetlərimizdən biridir”.

Tehsil.biz xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Azərbaycanın beynəlxalq tərəfdaşları ilə bu sahədə xüsusi proqramlarının olduğunu vurğulayan dövlət başçısı bildirib:

“Gənc nəslin aparıcı beynəlxalq universitetlərdə təhsili üçün xüsusi prezident proqramı var”.

Xəbər lenti