Təhsil İnstitutu tərəfindən sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə mayın 2-də “Cəbr və funksiyalar, həndəsə və ölçmə məzmun xətləri üzrə bəzi mövzulara aid tapşırıq nümunələri” mövzusunda növbəti vebinar keçiriləcək.
İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, vebinarda spiker qismində 313 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nəcəf Bayramov çıxış edəcək.
Vebinar institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.