Logo

ATU Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib - FOTO

02.05.2024 21:03 316 baxış
IMG

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində fakültənin Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, Tibb İdarəsinin və Hərbi Tibb Fakültəsinin tibb xidməti zabitləri, Azərbaycan Tibb Universitetinin professor-müəllim heyəti, tələbə və kursantlarının iştirak etdiyi konfransda əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni ifa edilib.

Konfransda Azərbaycan Ordusunda aparılan islahatlar çərçivəsində hərbi tibb sahəsində tətbiq olunan yeniliklər və müasir hərbi tibb elminin inkişafından danışılıb, "İşğaldan azad olunmuş ərazilərdə su nümunələrinin fiziki-kimyəvi və bakterioloji təhlili", "Müasir müharibə şəraitində sanitar itkilərin xüsusiyyətləri", "Robotik cərrahiyyənin gələcək perspektivləri və üstünlükləri", eləcə də digər mövzular üzrə məruzələr, çıxışlar dinlənilib və ətraflı müzakirələr aparılıb.

Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilib, nəzəri və praktiki təcrübələri daha da dərinləşdirməyin, həmin mövzular üzrə araşdırmalar aparılmasının vacibliyi tövsiyə olunub.

Xəbər lenti