Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyasına rəhbər təyin olunub.
Tehsil.biz xəbər verir ki, bu vəzifəyə Qərbi Azərbaycan İcmasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ülviyyə Zülfüqar təyin olunub.
Ü.Zülfüqar jurnalistlərə açıqlamasında bildirib ki, bu açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir.
Belə ki, telekanal həftədə 6 dəfə - 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla, 2 saat boyunca efirə çıxacaq.