Logo

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib - FOTO

03.05.2024 15:20 236 baxış
IMG

Mediasiya Şurasının əməkdaşları Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Mübahisələrimizin həlli mediasiyada” mövzusunda təlim keçirib.

BDU-dan "Tehsil.biz"ə bildirilib ki, təlimdə Coğrafiya fakültəsinin dekanı Məqsəd Qocamanov ölkəmizdə aparılan mediasiya islahatları barədə danışıb, Mediasiya Şurası və Bakı Dövlət Universiteti arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib.

20 saylı mediasiya təşkilatının mediatorları Vüsalə Dadaşova, Nicat İsmayılov və Venera Əsgərova tərəfindən keçirilən təlimdə mediasiya xidmətinin mahiyyəti barədə tələbələrə ətraflı məlumat verilib. Qeyd olunub ki, mediasiya mübahisələrin məhkəmədənkənar həlli üsuludur. Mediasiya zamanı tərəflər mediatorun (vasitəçinin) köməyilə digər tərəfin mövqeyi barədə daha çox məlumat qazanır, öz mövqeyini yenidən qiymətləndirir və barışmaq imkanlarını araşdırırlar. Nəticədə əksər hallarda mübahisəli problemlər öz müsbət həllini tapır və məhkəməyə ehtiyac qalmır. Mediasiya konfidensial səciyyəlidir və tərəflərin məlumatları tam məxfi qorunur. Məhkəmədən fərqli olaraq, mediasiya prosesi daha qısamüddətli olur və tərəflərin vaxtlarına qənaət edilir.

Təlimin sonunda mediatorlar iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.

Xəbər lenti