Logo

Kaliforniya Universitetində qarşıdurmalar zamanı azı 15 nəfər yaralanıb

02.05.2024 12:59 166 baxış
IMG

ABŞ-ın Los-Anceles şəhərində yerləşən Kaliforniya Universitetində fələstinlilərlə yəhudi tərəfdarları arasında baş verən toqquşma zamanı azı 15 nəfər yaralanıb.

Tehsil.biz Axios portalına istinadən xəbər verir ki, universitetin şəhərciyində İsrail bayraqları ilə gəzən bir qrup şəxs Fələstin tərəfdarlarının düşərgəsinə daxil olub və nəticədə qarşıdurma yaşanıb.

ABŞ ali məktəblərinin şəhərciklərində aprelin 18-də Kolumbiya Universiteti rəhbərliyinin Fələstin tərəfdarlarını universitetdən uzaqlaşdırmaq üçün polisə müraciət etməsi ilə həbslər dalğası başlayıb. Qərar Manhattan rayonunda yerləşən tələbə şəhərciyində 100-dən çox insanın həbsinə və ölkə daxilində yeni etiraz aksiyalarına səbəb olub.

Associated Press agentliyinin məlumatına görə, Amerika polisi indiyədək Birləşmiş Ştatların universitetlərində keçirilən Fələstinə dəstək aksiyalarında 900-dən çox insanı saxlayıb.

ABŞ-ın bir çox ali təhsil müəssisəsində İsrailin Qəzza sektorunda apardığı əməliyyatlara və Vaşinqtonun Təl-Əvivə dəstəyinə qarşı tələbə etirazları davam edir.

Xəbər lenti