Logo

Yeni tədris ilində rus bölməsi üzrə sinif sayı artırıla bilər - RƏSMİ

15.05.2024 13:05 338 baxış
IMG

"Bu gün ölkədəki təhsil müəssisələrində rus bölməsi üzrə 12 min yer var".

Tehsil.biz xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədri Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, müraciət edənlərin sayı 10 minə çatıb:

"Bu gün üçün ortalama tələbat qarşılanır. Amma yeni tədris ilində ölkə üzrə pedaqoji kadr təyinatı, ehtiyac varsa, müvafiq müəllim sayı uyğun olarsa, rus bölməsi üzrə sinif sayı artırıla bilər”.

Kənan Nağıbəyli

Xəbər lenti