“Üzüklərin Rəbbi: Gücün üzükləri” serialının ikinci mövsümünün rəsmi treyleri yayımlanıb.
Tehsil.biz xarici mediaya istinadən xəbər verir ki, filmin premyerasının cari il avqustun 29-da keçirilməsi planlaşdırılıb.
Ekran əsərində rolları Robert Aramayo, Oveyn Artur, Maksim Baldri, Morfid Klark, Çarles Edvards, Tristan Gravel və digər aktyorlar canlandıracaq.
Hobbit hadisələrindən yüzlərlə il əvvəli əks etdirən film böyük güclərin necə yarandığını, krallıqların şöhrətə yüksəldiyini, əsas qəhrəmanların çətin sınaqdan necə keçdiklərini əhatə edir.