Logo

Biologiya, aqrar və tibb elmləri üzrə 12 dissertasiya mövzusu təsdiqlənib

16.05.2024 14:19 245 baxış
IMG

Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (ETƏŞ) Biologiya, aqrar və tibb elmləri üzrə Problem şurasının onlayn formatda növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

İclasda Problem şurasının işçi qruplarının üzvləri, eləcə də iddiaçılar, müvafiq dissertasiya işlərinin elmi rəhbərləri və məsləhətçiləri iştirak ediblər.

AMEA-nın vitse-prezidenti, Problem şurasının sədri akademik İradə Hüseynova gündəlikdə duran məsələlər haqqında şura iştirakçılarını məlumatlandırıb.

İclasda tibb üzrə 12 dissertasiya mövzusu müzakirəyə çıxarılıb. Dissertasiya mövzuları tibb elmləri doktoru Aynur Səfiyeva tərəfindən təqdim edilib. Müzakirəyə çıxarılmış bəzi mövzuların adında dəyişikliklər edilməklə 12 iş müsbət qiymətləndirilərək qeydiyyata alınıb, 2 iş yenidən müzakirə üçün geri qaytarılıb.

Xəbər lenti