Logo

“Heterogen katalizatorlarının iştirakında efirləşmə reaksiyaları” monoqrafiyası nəşr edilib

15.05.2024 12:31 168 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşı Bilqeyis İsmayılovanın “Heterogen katalizatorlarının iştirakında efirləşmə reaksiyaları” monoqrafiyası nəşr edilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, monoqrafiyada müəyyən müddət ərzində laboratoriyada aparılmış tədqiqatlar nəticəsində heterogen katalizatorlarının xüsusiyyətləri və mürəkkəb efirlərin alınmasında onların mövqeyi ilə bağlı müxtəlif sayda nümunələr təklif olunur.

Bu cür yanaşmanın üstünlüyü ondan ibarətdir ki, burada həm elmi tədqiqat məqsədilə yanaşı, həm də müasir sənaye praktikasında istifadə olunan mövcud metal katalizator növlərinin strukturu, katalizatorlardan istifadə xüsusiyyətləri və onların xarakteristikası üçün təsvir edilən kimyəvi üsullara aid ən son metodlardan bəziləri araşdırılaraq təqdim edilib. Katalitik reaksiyaların kinetik qanunauyğunluqlarının tədqiqi monoqrafiyada təfərrüatı ilə yer alır. Eyni zamanda, ətraf mühitin təmizlənməsi baxımından ekoloji cəhətdən davamlı reaksiyaları tədqiq etməkdə heterogen kataliz mühüm əhəmiyyət kəsb edir. Kitabda bütün bunlarla müxtəlif və vacib məlumatlar təqdim olunub.

Xəbər lenti