"Bu günə qədər 102 minə yaxın uşaq artıq birinci sinfə qəbul edilib, onların müəllimləri seçilib".
Tehsil.biz xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
Onun sözlərinə görə, 10 minə yaxın uşaq rus bölməsində təhsil almaq istəyir:
"Onlar hazırda müsahibə mərhələsindədir. Ümumilikdə uşaqların təxminən 80 faizi müsahibədən keçir, 20 faizə yaxını qeyri-məqbul qiymət alır. Müsahibə mərhələsində iştirak edib uğur qazana bilməyən uşaqlar heç bir sıxıntı olmadan Azərbaycan bölməsində sorğu yerləşdirərək təhsil ala bilərlər. Müsahibədə uğur qazana bilməyən uşağın valideyni bununla bağlı Apellyasiya komissiyasına müraciət edə bilər”.
Kənan Nağıbəyli