Logo

“Qurani-Kərim əlifbası və təcvid qaydaları” kitabı çapdan çıxıb

15.05.2024 17:21 146 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) İslamşünaslıq kafedrasının müəllimi Əbülfət Vəliyevin “Qurani-Kərim əlifbası və təcvid qaydaları” kitabını nəşr etdirib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, bu kitabın nəşri “Qurani-Kərim”in tilavətini düzgün şəkildə öyrətmək məqsədi daşıyır. Kitabda hərflərin sözdə göstərilməklə öyrənilməsi, bütün dərslərin hecalar üzərində qurulması və hər bir hərfin hecalarda işlədilməsi xüsusilə nəzərə alınıb. Müəllimlər üçün də bir sıra qeydlərin yer aldığı bu kitabda, bütün nümunələrin “Qurani-Kərim”dən götürülmüş olması və rəngli şəkildə verilməsi kitabı zənginləşdirən özəlliklərdəndir. Üç fəsildən ibarət bu kitabın birinci fəslində “Qurani-Kərim” əlifbası, ikinci fəslində təcvid qaydaları, üçüncü fəslində isə “Qurani-Kərim”dən ayə və surələr təcvid qaydalarına uyğun olaraq rənglənərək verilib.

Qeyd edək ki, Azərbaycan İlahiyyat İnstitutu kitab və dərsliklərin nəşri ilə bağlı bir sıra layihələr həyata keçirir. “İlahiyyat nəşrləri” adı altında layihəyə institutun müəllimlərinin və bu sahədə çalışan mütəxəssislərin kitablarının müxtəlif dillərdən tərcümə olunmuş əsərlərinin nəşri daxildir. Eyni zamanda, institutun qarşısına qoyduğu məqsədlərdən biri ilahiyyat sahəsindəki problemləri araşdırmaq, beynəlxalq standartlara cavab verən tədqiqatlar aparmaq və onları nəşr etdirməkdir.

Xəbər lenti