Mayın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 34 min 525 vətəndaş müraciəti daxil olub.
Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müraciətlərin 21 min 883-ü çağrı mərkəzləri, 830-u sosial media, 5507-si vatsap vasitəsilə, 1222-si elektron, 710-u yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 4373 müraciət qeydə alınıb.
Müraciətlər müəllimlərin yerdəyişməsi və işə qəbulu, birinci sinfə qəbul, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.