Logo

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü təşkil olunacaq

14.05.2024 19:49 293 baxış
IMG

Mayın 15-də Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən "Tehsil.biz"ə bildirilib ki, gənclərin peşə seçiminə dəstək olmaq məqsədilə keçirilən tədbirdə müxtəlif ixtisaslar üzrə ustad dərsləri, sərgilər təşkil ediləcək.

“Açıq qapı” günü mayın 15-i saat 11:00-dan 16:00-dək davam edəcək. Giriş sərbəstdir.

Ünvan: Qəbələ şəhəri, 28 may küç.34.

Xəbər lenti