Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Aqrar Gənclər Təşkilatının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 101-ci ildönümünə həsr olunan intellektual yarış keçirilib.
ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, yarışda əvvəlcə Dövlət Himni səsləndirilib sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Yarışda 5 komandadan ibarət ADAU tələbələri iştirak ediblər.
İntellektual yarışda I yerə “Yüksək Voltaj”, II yerə “Armagedon”, III yerə isə “404” komandası çıxıb.
Yer tutan tələbələr medal və diplom digər yarışçılar isə sertifikatla təltif olunublar.