Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyində “İmtahan stresinin aradan qaldırılması” adlı təlim keçirilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, təlim zamanı Psixoloji yardım sektorunun psixoloqu Natəvan Həsənzadə və “Gənc istedadlar” liseyinin psixoloqu Əsmər Mehdiyeva şagirdləri stresin həyatımıza təsiri və onu aradan qaldırmaq yolları barədə məlumatlandırıblar. Şagirdlərə stresin əlamətləri, bu zaman davranış qaydaları izah olunub. Stresi, tənəffüs və əzələ gərginliyini aradan qaldırmaq üçün praktik çalışmalar edilib.
Təlimin sonunda “Stres menecment” adlı videoçarx nümayiş olunub, şagirdlərin sualları cavablandırılıb.