Logo

Azərbaycanda məktəb direktoru cərimələndi

14.05.2024 21:34 234 baxış
IMG

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Neftçala rayon Aşağı Surra kənd orta məktəbinin direktoru Həbulla Rəhimova cərimə yazıb.

Tehsil.biz İqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb direktorun sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etməməsidir.

Belə ki, ETSN direktor barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Neftçala Rayon Məhkəməsinə göndərilib və iş hakim Samir Quliyevin icraatına verilib.

Əgər məhkəmə protokolu təsdiq edərsə, direktor Həbulla Rəhimovu üç min manatadək cərimə gözləyir.

Protokol tərtib olunan maddədə deyilir ki, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Xəbər lenti