Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr edilən “Fortepiano, orqan və klavesin” kafedrasının konsert proqramı olub.
BMA-dan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə kafedranın professorları Tahirə Yaqubova, Rasimə Babayeva, Adilə Mailova, Afaq Rüstəmova, dosentlər Tofiya Cavadova, Dilşad Əliyeva, Məryəm Məlikova, İdris Zeynalov, Nuridə Abbasova, baş müəllimlər Lalə Atakişiyeva və Günel Eyvazzadənin istedadlı tələbələri çıxış ediblər.
Zəngin çalarlı konsert proqramında Ferens List, Arif Məlikov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Frans Şubert, Əzizə Mustafazadə və bira sənətkarların əsərləri dinləyicilərə təqdim olunub.